Sevinc Muminova - Kölgəm Qədər | Azeri Music [OFFICIAL]
Rahman Aliyev Rahman Aliyev
106K subscribers
11,674,390 views
50K

 Published On Jan 2, 2016

Sevinc Muminova - Kölgəm Qədər | Azeri Music [OFFICIAL]
   • Sevinc Muminova - Kölgəm Qədər | Azer...  
By Rahman operator: Delee
Söz: Bəxtiyar Vahabzadə Mus: Niyaməddin Musayev
KÖLGƏM QƏDƏR YAXINSAN.
Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm.
Soyuqluğun könlümə
Saldı qara xal, gülüm,
Dəniz kimi dalğalı,
Heykəl kimi lal gülüm.
Bəs nəyədir gümanın,
Ay gümanlı gümansız?
Könül kimi vəfalı,
Ağıl kimi amansız.
Gecə kimi fikirli,
Gündüz kimi şən, gülüm
İki hissin əlində
Gəl, oynama sən, gülüm.
Aprel, 1965

#AzeriMusic #SevincMuminova #KölgəmQədər

show more

Share/Embed