Dubayski iPhone-u necə tanıyaq?
Technote Technote
135K subscribers
61,049 views
2.2K

 Published On Jul 8, 2022

Dubayski iPhone nə deməkdir? Dubay iPhone-u ilə Amerika iPhone-nunun fərqləri nələrdir? Orijinal iPhone necə bilinir? Saxta iPhone almağa dəyərmi? iPhone-num hansı regiona aiddir?

Hansı regiona aid olduğunu tapmaq üçün link: https://support.apple.com/en-us/HT201296

İlk olaraq ondan başlayaq ki, Dubayski smartfon anlayışı əslində bir mifdir və Dubay daha doğrusu yaxın şərq regionu üçün nəzərdə tutulan iPhone-lar da Amerika üçün nəzərdə tutulan iPhone-lar ilə eyni özəlliklərə sahibdir.

Bəs əgər Dubayski iPhone anlayışı mifdirsə, o içində Android olan 300 manata satılan iPhone-lar haradan əlimizə gəlir? Cavab çox sadədir. Onlar da orijinal iPhone-lar kimi Çindən. Xeyr, bunları da Apple istehsal edir deməyəcəm amma belə saxta cihazların əsas mənbəyi çin fabrikləridir. Bu cihazlar ucuz və gözəl olduqları kimi, bir o qədər də təhlükəlidirlər. Həmin cihazların yüksək SAR dəyərləri olur ki, heç bir testlərdən keçmədən birbaşa əlimizə qədər gəlib çatır. Belə saxta cihazların isə Dubayla heç bir bağlılığı yoxdur. Ona görə də belə cihazları doğru şəkildə - saxta yaxud kopya adlandırmaq lazımdır.


#Dubayski #iPhone #SaxtaiPhone

show more

Share/Embed