BSU ilə TİF arasında əməkdaşlıq: “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb
BSU TV BSU TV
838 subscribers
98 views
5

 Published On Sep 13, 2024

BSU ilə TİF arasında əməkdaşlıq: “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb

Sentyabrın 12-də Bakı Slavyan Universiteti (BSU) (@bsu.eduaz) və Təhsilin İnkişafı Fondu (TİF) (@tif.edu.az) arasında tələbələrin sosial və akademik həyatında yenilik yaratmağa yönəlmiş “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb.

Müqavilə BSU-nun rektoru Anar Nağıyev və TİF İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi TİF, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsi nəzərdə tutur, eləcə də cari tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və keşbek imkanları təklif edir.

Müqavilənin əsas məqsədi tələbələrə təhsil müddətində bir sıra güzəştlərdən, xidmətlərdən və imkanlardan faydalanmaq imkanı verməkdir.

#BakıSlavyanUniversiteti #TəhsilinİnkişafıFondu #müqavilə #EDFAzerbaijan #VISA #KapitalBank #TələbəPlus #TələbəKartı #bsu2024 #Elm #Təhsil

show more

Share/Embed