Ermənistana kömək, yoxsa Makrona erməni “səsi”?
İCTİMAİ TV İCTİMAİ TV
1.3M subscribers
4,886 views
0

 Published On Jun 23, 2024

Azərbaycan COP-29-dan sonra Ermənistana hücum edəcək. İrəvanın yeni iddiasıdır. Fransadan aldığı silahlara belə haqq qazandırır. Makronun isə öz dərdi var. Avropa Parlamentinə seçkilərdə biabırçı məğlubiyyətinin əvəzini çıxmaq. Ermənistana silah verəcək, erməni diasporu isə onun yerini möhkəmləndirəcək. Yəni əl əli yuyur, əl də üzü. Azərbaycan bu sövdələşməyə sərt reaksiya verdi. Müdafiə Nazirliyinin bununla bağlı bəyanatı olduqca maraqlı idi. Bəyanat həmişəkindən fərqlənirdi. Bu dəfə bəyanat hərbi-siyasi xarakterli idi. Güc strukturumuz Makrona açıqca deyirdi ki, müharibələr başlatmaqda mahirsən, amma haydı, başqa qapıya. Afrikadan qovuldun, Ukraynaya girə bilmədin, Yeni Kaledoniyada istənilmirsən. Heç olmasa Ermənistanı sına. Bunu isə Makrona təklif edən fransız rəsmilərdir. Ermənistanda Fransa sülhməramlısı. Gəlsələr, maraqlı mənzərə alınacaq. Bir tərəfdə rus hərbçilər, digər tərəfdə avropalı müşahidəçilər, qərbdə türklər, şərqdə Azərbaycan və İran əsgərləri. Və onlarla üzbəüz dayanan fransızlar. Ermənistanda kim kimi kimdən qoruyacaq? Ermənistandan imtina etmək, Ermənistanı qurban vermək, Ermənistanı unutmaq özünü itirmək deməkdir, bu, ölüm kimi bir şeydir. Fransız siyasətçi Mark Knobel belə düşünür. Yəni, Makronun karyerası üçün ermənilər ölsə də olar.


Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q...
Facebook:   / ictimai.tv  
Instagram:   / ictimaitv.official  
Teleqram: https://t.me/tvictimai
Sayt: https://itv.az/

Copyright © İCTİMAİ TV

#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

show more

Share/Embed