Moskva İrəvanın tələbini niyə yerinə yetirdi? | Rusiya Ordusu İran sərhədində qalacaq?
Baku TV Baku TV
1.16M subscribers
5,191 views
102

 Published On Oct 9, 2024

Moskva İrəvanın tələbini niyə yerinə yetirdi? | Rusiya Ordusu İran sərhədində qalacaq?

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Moskvada baş tutan sonuncu iclasında Ermənistan Baş nazirinin iştirakı və keçirdiyi görüşlər geniş müzakirə mövzusu olub.
Səbəb isə Nikol Paşinyanın uzun müddətdən bəridir ki, Rusiyanın orbitindən uzaqlaşaraq Qərbə yaxınlaşmasıdır.
N.Paşinyan hökuməti hətta bununla kifayətlənməyərək Rusiyanı açıq mətnlə tənqid etməyə, birlikdə olduqları təşkilatlardan ayrılacağına dair təhdidlər yağdırmağa davam edir.
İndi Qərbin pəncərəsindən baxıldığında Ermənistanın Baş nazirinin Rusiya mediasında yayılan halından məmnun görüntüləri birmənalı qarşılanmayıb.
Rusiya lideri Vladimir Putinlə Nikol Paşinyan arasında sərhəd məsələsində əldə olunan razılaşma isə Moskva görüşlərinin ən diqqətçəkən məsələsi olub.
Belə ki, razılaşmaya əsasən, Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistan-İran, eləcə də Ermənistan-Türkiyə sərhədində xidməti dayandıracaq.
Bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesablarında məlumat yayıb.
Razılaşmaya əsasən, yanvarın 1-dən Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsini Ermənistan sərhədçiləri özləri təmin edəcək. Onsuz da Rusiya sərhədçiləri 32 il sonra – 2024-cü ilin iyul ayında İrəvanın Zvartnots Hava Limanını tərk ediblər.
Mütəxəssislərin qənaətinə görə, Rusiya Ordusunu sərhəddən tamamilə çəkməyəcək, ya Türkiyə, ya da İran sərhədində qalacaqlar.
Lakin Ermənistanın sərhədlərində Rusiyanı ABŞ Ordusu ilə əvəzləyəcəyi də istisna edilmir. Çünki ABŞ uzun müddətdir Ermənistana hərbi-texniki yardımı artırıb. Hətta bir müddət əvvəl ABŞ Ordusunun Zəngəzurda yerləşdiyinə dair məlumatlar da yayılmışdı.
İndi əllərinə fürsət keçmişkən niyə də sərhədlərə yönəlməsinlər? Eləcə də sərhədlərimizin yaxınlığında postlar quran Avropa İttifaqının müşahidəçi missiyası da Ermənistan sərhədlərinin mühafizəçiləri qismində çıxış edə bilərlər.
Ekspertlər düşünürlər ki, burada əsas hədəf rus əsgərinin bölgədən uzaqlaşdırılmasıdr. Lakin ermənilərin istəyinə çatacağı, bölgədə yaratdığı düyünü hansısa formada açacağı sual altındadır.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm...

https://t.me/bakutvxeber
  / baku.tv  
  / bakutvofficial  
https://www.baku.tv

ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI  

QAPQARA ➧    • QAPQARA  

AYDIN TARİX ➧    • AYDIN TARİX  

ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?  

O VAXTLAR ➧    • O VAXTLAR  

SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD  

BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK  

BAKU MED ➧    • BAKU MED  

RƏSMİLƏR ➧    • RƏSMİLƏR  

BAKU AKTUAL ➧    • BAKU AKTUAL  

RETRO BAKU ➧    • RETRO BAKU  

ARAŞDIRMA ➧    • ARAŞDIRMA  

44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA  

QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI  

QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI  

Moskva İrəvanın tələbini niyə yerinə yetirdi? | Rusiya Ordusu İran sərhədində qalacaq?

2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™



#bakutv #moskva #irəvan #rusiya #putin #vladimirputin #ilhaməliyev #qərb #ermənistan #sərhəd #rusiyasərhədçiləri #ermənistansərhədi #güngöryavuzaslan

show more

Share/Embed