Zərdabda xəstəxana var, avadanlıq var, amma həkim yoxdur - APA TV
APA TV APA TV
349K subscribers
7,681 views
133

 Published On Nov 4, 2022

#APATV #Zərdab #xəstəxana #həkim #avadanlıq #MərkəziXəstəxana #diaqnoz #tibbməntəqələri #tibb #TƏBİB #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi

Zərdabda xəstəxana var, avadanlıq var, amma həkim yoxdur

Zərdab sakinləri bir neçə il öncə əsaslı təmir olunaraq istifadəyə verilən Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən narazıdırlar.

Dərdlərini APA TV-nin mikrofonuna danışan sakinlər deyir ki, rayon xəstəxanasında bir çox sahələr üzrə ümumiyyətlə həkim yoxdur, olanlar isə düzgün diaqnoz qoya bilmir. Bu səbəbdən də xəstələrimizi qonşu rayonlardakı xəstəxanalara aparmağa məcbur oluruq.

Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətovla əlaqə saxladıq. Baş həkimi şifahi olaraq bildirdi ki, xəstəxana və ya həkim seçimində hər bir vətəndaş müstəqildir: “Heç bir xəstəyə deyə bilmərik ki, Zərdab xəstəxanasında müayinə və müalicə alsın”.

Ruslan Nemətov onu da qeyd etdi ki, rayon mərkəzi xəstəxanasında hətta kəndlərdə yerləşən tibb məntəqələrində də həkim çatışmazlığı var: “Bir çox sahələr üzrə həkimlərimiz yoxdur. Ona görə də bir çox hallarda xəstələri qonşu rayonlara özümüz göndərməli oluruq” deyə baş həkim qeyd etdi.

Yaxşı, siz vurmadınız, biz yıxılmadıq. Əgər həkim yoxdursa, onda bu qədər pul töküb xəstəxananı başdan yaratmağa, müasir inventarlarla təmin etməyə nə ehtiyac var idi? Elə bu sualla da TƏBİB-ə müraciət etdik. Öyrənməyə çalışdıq ki, kadr problemi öz həllini nə zaman tapacaq?

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəmirə Ədilova bildirdi ki, kadr çatışmazlığını təşviqedici vasitələrlə aradan qaldırmağa çalışırlar. Mətbuat katibi onu da qeyd etdi ki, xəstəxanaların maddi texniki baza ilə təmin edilməsi vacibdir və bu TƏBİB-in islahatları nəticəsində təmin edilir.

Sakinlər isə deyir ki, maddi texniki bazası yüksək səviyyədə təmin olunmuş Zərdab xəstəxanasına bizim camaatdan tək-tük xəstələr müraciət edir. Onlar da əsasən vəziyyəti yüngül olan xəstələr olur.

Əziz sakinlər, sizə acizanə məsləhətimiz odur ki, çalışın vəziyyətiniz ağırlaşmadan xəstəxanaya gedin. Çünki, görünən odur ki, hələ bir müddət də həkim sarıdan üzünüz gülməyəcək.



✅ Rəsmi saytımız: https://apa.tv
✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber  
✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi  
✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial  
✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic...



Copyright © APA TV

Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.

REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

show more

Share/Embed