Azərbaycanda MBA təhsili. Nəyə görə MBA programını seçmək vacibdir?
Pakiza talks Pakiza talks
6.44K subscribers
30,259 views
1.7K

 Published On Feb 23, 2021

Gündən-günə adını daha çox eşitdiyimiz MBA ingiliscə qısaldılmış şəkildə deyilir, açılışı isə Master Business Administration-dır. Bizim dildə desək, Biznesin idarə edilməsi deməkdir.
ABŞ-ın sürətlə sənayeləşməyə başladığı 19-cu əsrin sonlarında MBA proqramı yavaş yavaş ortaya çıxmağa başladı. Bütün dünyada işlərin böyüməsi və daha qlobal bir təşkilata çevrilməsi ilə birlikdə idarəetmə problemləri meydana gəldi və şirkətlər bu problemləri həll etmək üçün elmi və akademik bir proqram yaratmağı tələb etdilər. Xüsusilə, son 20-30 ildə bütün dünyada geniş yayılıb və orta və iri şirkətlərdə MBA menecerlərinə ehtiyac artmağa başlayıb. Artıq vəziyyət elə olmuşdur ki, MBA iş elanlarında rəhbər vəzifələr üçün təbii bir tələb halına gəlmişdir. MBA ilk vaxtlarında, hələ təzə-təzə ortaya çıxdığında, məqsədi iş adamlarını rəqabətə davamlı iş dünyasının idarəetmə məsuliyyətini öz üzərlərinə götürə biləcək şəxslərə çevirmək idi.

MBA yeganə proqramdır ki, bura ixtisasından asılı olmayaraq hər kəs qəbul ala bilər. Əsasən 3 universitet haqqında məlumat vermişəm.

Məlumatları öyrəndiyim mənbələr: https://www.ada.edu.az/en , http://www.bhos.edu.az/en/ , http://unec.edu.az/
Detallı öyrənmək istəsəniz, daxil olub araşdıra bilərsiniz.

Məni instagramdan izləmək istəsəniz:
  / iampakiza  

show more

Share/Embed