Sehr, Cadu Və Gözdəymədən Quranla Müalicə - Ruqyə
The Qur'an and We The Qur'an and We
147K subscribers
759,049 views
8.4K

 Published On May 31, 2022

Video Quran və Biz tərəfindən hazırlanmışdır:
Sehr, Cadu Və Gözdəymədən Müalicə
Ruqyə / Quranla müalicə.
QURANDAN SEÇİLMİŞ SURƏLƏR VƏ AYƏLƏR.
Videoda oxunan surələr və ayələr:
1.Fatihə
2.Bəqərə 1-5-ci ayələr
3.Bəqərə 102-ci ayə
4.Ayətul Kursi
5.əl-Bəqərə surəsinin son 2 ayəsi(əmənərasulu)
6.Ali-İmran 1-5-ci ayələr
7.əl-İxlas
8.əl-Fələq
9.ən-Nas

00:00 | 7 Fatihə
06:24 | 7 Bəqərə 1-5-ci ayələr
15:07 | 7 Bəqərə 102-ci ayə
28:28 | 7 Ayətəl Kürsü
37:27 | 7 Amənərrasulu
49:58 | Ali-İmran 1-5-ci ayələr
58:46 | 7 İxlas Surəsi
01:00:59 | 7 Feləq Surəsi
01:04:17 | 7 Nəs Surəsi

Sehr, Cadu Və Gözdəymədən Müalicə – Ovsun – Ruqyə
İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.
Cahillər, zalımlar və imanı zəif olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq məqsədilə cadu edənlərin yanına cadu etdirməyə gedirlər.Bu dğru deyil və ən böyük günahlardandır.
Ruqiyyədə (şəriətdə,sehr,cadudan və sairə xəstəlik olanda oxunan dualar) şirk yoxdursa və sözləri aydındırsa bunu etmək olar. Şirk olan Ruqiyyədə Allahdan qeyrisindən kömək istəmək, sığınmaq, şeytanı isimləri ilə çağırmaq vardır. Etiqad edilsə ki, ruqiyyə öz-özlüyündə şəfa verir – qadağandır. Ruqiyyə adı altında at nalı, təsbeh, heyva budağı, gözmuncuğu asırlar, boyunlarına dəridən olan dualar, imamların, övliyaların, seyyidlərin şəkillərini həm öz üzərlərin-dən, həm evdən, həm də miniklərindən asırlar – asırlar ki, onları göz dəymədən qorusun və ya hansısa xeyirə nail olsun, şərdən uzaq etsin. Hətta heç bir niyyətin olmasa da belə bu haramdır. Cadunu hansısa şirk olan yollarla və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. Bütün bu yollar haramdır və şəriət bunu qadağan etmişdir. Bəziləri deyirlər ki, əgər cadu olunan kimsə çarəsizdirsə və ona müalicə tapmaq olmursa, hansısa bir sehr olan yollarla onu müalicə etmək olar. İnsanın sağalması vardır. Lakin bu da qadağandır.
Sehrə məruz qalmış kimsəni Allahın iznilə qurtarmaq, biri haram olan digəri halal olan iki yolla mümkündür:
1. Sehri, başqa bir sehrlə qaldırmaq bu kiçik küfrdür.
Cabir (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.v) sehrin (sehr yolu ilə) götrülməsi haqqında soruşanda, o buyurdu: “Bu şeytanın əməllərindən biridir”.(Əbu Davud 3868, Əhməd 3/294. )
Şeyx Useyminə (rahimahullah) sual verirlər ki: “Müalicə almaq üçün, ona mömin cinlər kömək edirlər, deyən bir kimsənin yanında müalicə almaq olarmı?” Cavab: Cinlər vasitəsilə İstianə etmək istər o cin müsəlman olsun, istərsə də kafir – şirkə aparan bir yoldur. İstianə kömək tələb etməkdir. Elm əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç biri buna daha layiq olduqları halda cinlərdən kömək istəməyib….”.
Hər hansı bir cin bir insana girən başqa cini çıxarmaq üçün yardım etməyi təklif etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmi?” İbn Bəzz (rahimahullah) deyir: “Bu məkruh bir əməldir”. Zamanımızda cinlərdən kömək alanların etdiklrəi dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflərdir. Bu işlə məşğul olanların çoxları cahil kimsələr olduqları üçün onların sözlərinə güvənilməz. Ən doğru bilən Allahdır!” Günümüzdə cindarlar (cin çıxardanlar) barəsində də çox eşidirik. Səhablərdən heç kəs cin çıxardan kimi tanınmamışdı. İndi artıq cin çıxarmaq pul qazanmaq üçün bir sənət olub. Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə inanırlar. Halbuki, Peyğəmbər (s.a.v) onun yalançı olduğunu söyləmişdir. Yalançının sözünə inanıb onu insanlar arasında danışmaq olarmı? ? Qeybi xəbərlərin doğru olduğunu sən haradan bilirsən? Məgər kimsə səhabələrdən belə edib. Şeyx Albaninin (rahimahullah) yanına bir nəfər gəlir və öz müalicə üslubundan danışır. Şeyx: “Sən salehlərdənsən?”- deyə ona sual verir. O: “Bəli”- deyə cavab verir. Şeyx deyir: “Sənin etdiyini salehlərdən kimsə edibmi? Belə bir kimsəni tanıyırsan?” O: “Yox”- deyir. Şeyx deyir: “Mən də tanımıram”. Bu cür edən Peyğəmbərin (s.a.v) hədisidir: “Kim bir falçının yanına gedib ona inanarsa qırx günlük namazı qəbul edilməz” hökmünə girir.
2. İmam Süyuti (rahimahullah) ovsun barəsində demişdir: “Alimlər belə bir yekdil fikrə gəliblər ki, üç şərt yerinə yetirildikdə ovsunla müalicəyə icazə verilir:
1) Ovsunla müalicə Allahın kəlamı, yaxid İsim və Sifətləri, yaxud da Onun Peyğəmbərinin (s.a.v) hədisləri ilə olmalıdır; “(Ya Muhəmməd!) de ki: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır”. (əl-Fussilət 44). “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. (əl-İsra 82). “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir”. (Yunus 57).

show more

Share/Embed