Meyxanasında Elçibəyə keçi dedi, anası onun ölüm xəbərini eşidib dünyasını dəyişdi - Kərim kimdir?
TV11 TV11
54.6K subscribers
24,098 views
533

 Published On Oct 7, 2024

Meyxana ilə yanaşı Kərim gül təsərrüfatı ilə də məşğul olub. Qərənfil, çobanyastığı və başqa növdən olan güllər becərib. Gül ticarəti ilə məşğul olan Kərim bunu həm qazanc yeri, həm də sevdiyi iş kimi qiymətləndirib: “Orucluq, məhərrəmlik aylarında toy az olur, onda təsərrüfatla məşğul oluruq”.


Adlarını çəkməsə də 3 tələbəsi olduğunu bildirib. Lakin onlardan biri haqqında yüksək fikirdə olmayıb: “Üç tələbəm vardı. Onlardan ikisi yaxşı öyrəndi, biri isə sənəti öyrəndi, adamlığı yox. Canında olmasa, onun üçün nə isə edə bilmərəm. Gərək istedadı olsun ki, bacardığımdan onu rəndələyim, cilalayım”.


Müsahibələrinin birində gənc həmkarı Aqşin Fatehə atmaca ataraq, onun ifrat iddialı təxəllüs götürdüyünü demişdi: “Özünə elə təxəllüs götürüb: "Fateh". Dünyada üç-dörd fateh olub. Çingiz xan, Teymurləng, Sultan Mehmetdir, hələ Stalinə də bu adı vermək istəyirdilər, vermədilər. Bu insanlar ölkələr fəth edib, imperiyalar saxlayıblar. Sən kimsən? Götürdüyün ad gərək səni doğrultsun”.

Davamı TV11-in "Bu adam" verilişində...

show more

Share/Embed