Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər - Hacı Şahin - Ruzinin artma yolları
ISLAM TV Official ISLAM TV Official
247K subscribers
397,048 views
8.6K

 Published On Jul 11, 2020

🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - https://bit.ly/2uR7dZv

✏️Allah hər bir insanın ruzisini əvvəl günündən müəyyən etmişdir. İnsan hər nə qədər başqasının malını oğulasa da, riba etsə də Allah buyurar ki, onun halal malından həmin o qədər ruzini azaltsınlar. Qazandığın ruzunun da şərti vardır. Gərək halal yolla əldə edilsin. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Halal ruzinin dalınca getmək Allah yolunda cihad kimidir”.

Əgər kimsə onun taleyinə yazılmış ruzinin miqdarını artımaq istəyirsə, gərək bir neçə qaydalara əməl etsin:

Əgər istəyirsinizsə ruziniz artsın, arvad-uşağınızla xoş rəftar edin. Bu sizin ruzinizə müsbət təsir edər. Əgər istəyirsinizsə, Allah sizə daha çox ruzi versin, arvad-uşağınıza qarşı mehriban olun, onlara yaxşılıq edin.
İmam Sadiq (ə) buyurur: “Əgər ürəyiniz istəyirsə ki, ruziniz artsın, bacardığınız qədər xeyr iş görün”.
Əmirəl-möminin (ə) buyurur: “Əgər istəyirsinizsə, ruziniz artsın, xoşxasiyyət olun, bu, bir həqiqətdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Əgər istəyirsinizsə ruziniz artsın, din qardaşlarınızın ehtiyaclarını təmin edin, ruziniz artar”.
İmam Əli (ə) buyurur: “Əgər ruzunuzun artmasını istəyirsinizsə, sədaqətli və inanılmış olun”.
İmam Baqir (ə) buyurur: “Əgər istəyirsənsə, ruzin yağış kimi yağsın, qardaşların (dini) olmayanda insanların arxasında onlar üçün dua et. Allahın Evinə gedəndə insanlara dua et, ruzin artar”.
Həzrət Peyğəmbərə (s) ərz edirlər: “İstəyirəm ki, ruzim artsın". Həzrət (s) buyurur: "Həmişə dəstəmazlı ol, Allahın dəstəmazlı insandan xoşu gəlir, ruzini artırar”.
Əmirəl-möminin (ə) buyurur: “Əgər istəyirsənsə ruzin artsın, sədəqə ver, hər gün cibindən bir şeyi sədəqə ver”. Başqa yerdə buyurur: “Əgər istəyirsənsə ruzin artsın, niyyətini pak et. Hamıya qarşı niyyətin yaxşı olsun”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “İslamda bütün ibadətlər on qismə bölünür. Onun doqquzu kişinin halal ruzu dalınca hərəkət etməsidir, onuncusu isə namaz, oruc, cihad, həcc, əmr-be-məruf və nəhy-əz-munkərdir”.

✅ Rəsmi İnstagram linkimiz: https://bit.ly/39BPBD0


✅ Kanala ABUNƏ ol: http://bit.ly/HaciShahin
✅ Rəsmi Veb-səhifəsi: http://www.hacishahin.az/
✅ Rəsmi Facebook səhifəsi:   / hacishahinha.  .
✅ Rəsmi Instagram səhifəsi:   / hacishahinh.  .
✅ Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol - https://bit.ly/2LnaLx0


✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram

● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.

✆Admin Whatsapp +994-070-878-72-62

✅ISLAM TV Official

🔔Abunə ol https://bit.ly/2uR7dZv

show more

Share/Embed