Siyavuş Novruzov banklardan narazılıq etdi - APA TV
APA TV APA TV
351K subscribers
3,998 views
80

 Published On Nov 15, 2023

#APATV #siyavuşnovruzov #deputat #millətvəkili #milliməclis #iclas #bank #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün


Vətəndaşlar banklardan aşağı faizlə kredit götürə bilmir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra 300 özəl bank var idi: “Tədricən bank sistemi təkmilləşdi, bir sıra banklar sıradan çıxdı, bəzi banklar düzgün işləmədiyinə görə ləğv olundu. Bu gün 40-a yaxın bank ölkəmizdə fəaliyyət göstərir. Amma bankların çox olması rəqabət yarada bilər. Bu gün vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olmaq üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır, 14 %-dən başlayır. Bu gün vətəndaşın bu krediti götürüb qaytarması çətin olur. Vətəndaş külli miqdarda vəsait ümumiyyətlə götürə bilmir. Birinci məsələ bank faizlərinin aşağı salınması olmalıdır. Kənd təsərrüfatı sahəsinə 3-7 %-lə kreditlər verilir. Digər vətəndaşlar üçün də bu faizlər əlçatan olmalıdır. Bu olsa, kiçik biznes və orta sahibkarlıq inkişaf edər. İkincisi, bankların xarici banklarla əməkdaşlığı məsələsi var. Bizdə bu, 0 səviyyəsindədir. Keçmişdə Almaniya və digər başqa banklardan vəsaitlər alınırdı ki, vətəndaşa verilsin. Bu zaman vətəndaşa aşağı faizlə kreditlər verilə bilirdi, banklar da qazanırdı. İndi bu sıradan çıxıb. Hesab edirəm ki, bank sistemi ölkənin qan-damar sistemidir”.


✅ Rəsmi saytımız: https://apa.tv
✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber  
✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi  
✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial  
✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic...



Copyright © APA TV

Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.

REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

show more

Share/Embed