Qarındakı Köp Probleminin Çarəsi - Xalq Təbabətində Müalicəsi
Bir Bax Bir Bax
661K subscribers
53,194 views
2.4K

 Published On Oct 16, 2023

#BirBax #azerbaycan #köp
Bilirdinizmi ki, qarında köp olması bir çox xəstəliklərin simptomudur? Bəli, qarında qaz səbəbsiz yaranmır. Üstəlik bunun bəzən çox ciddi səbəbləri də ola bilir. Bu gün sizə köpün əmələgəlmə səbəblərindən, onun qarşısını almaq üsullarından bəhs edəcəyəm. Əminəm ki, bu videodan sonra əksər insanda köp problemi qalmayacaq.
Əksərən, qazın yaranması yemək vərdişlərindən asılıdır. Bu qidalar qaz hasilatının artmasına səbəb olur:
-yağ;
-süd məhsulları;
-paxlalılar:
-qulançar;
-brokoli;
-mərci;
- və şirniyyatlar; Sadaladaığım qidaları qədərindən artıq qəbul edtikdə, köp problemi qaçılmazdır.

Başqa bir səbəb isə mədəyə həddindən artıq havanın daxil olmasıdır. Bu, nə zaman baş verir?
-saqqız çeynəyəndə;
-siqaret çəkəndə;
-qazlı içkilər içəndə;
-bərk konfetləri, sormaları soranda;

Köpü necə azalda bilərik?
Meteorizmin yaranma səbəbi bağırsaq, mədəaltı vəzi, mədə və ya öd kisəsi xəstəlikləri olduğu hallarda, müayinə və müalicə üçün həkimə müraciət etməlisiniz. Ancaq əksər hallarda, qaz yaranmasının təhlükəli bir səbəbi yoxdur və yemək vərdişlərində asılıdır. Həyat tərzinizi, rasionunuzu dəyişməklə, problemi özünüz də həll edə bilərsiniz.
1. Karbohidrat və yağ qəbulunu azaldın. Bu qida komponentlərini həzm etmək nisbətən çətindir və daha çox zaman alır. Üstəlik, onların parçalanmasının nəticələrindən biri də qazlardır.
2. Qida gündəliyi tutmağa çalışın: orada nə yediyinizi, nə qədər yediyinizi və bağırsaqlarınızın bu yeməyə necə reaksiya verdiyini yazın. Beləliklə, hansı məhsulların sizdə köp yaratdığını müəyyən edəcəksiniz. Həmin qidaların istehlakını azaltmaqla bu problemi həll edə bilərsiniz.
3. Mümkün qədər təmiz su için. Bu, həzmin yaxşılaşdırılması və artıq qazların çıxarılması üçün vacibdir.
4. Daha az hava udmağa çalışın. Bunun üçün siqaretdən və qazlı içkilərdən imtina edin.
5. Kiçik porsiyalarla yeyin. Bununla bağırsaqlarda təzyiqin artmamasına və qidanın oradan rahat keçməsinə nail olacaqsınız.
6. Hər gün fiziki fəaliyyətə vaxt ayırın. Bu, bağırsaq hərəkətliliyinin stimullaşdırılmasında mühüm amildir.
Sadə və yerinə yetirilməsi asan olan tövsiyələrdən əlavə, təbii vasitələrin köməyilə də qazların həcminin azalmasına nail ola bilərsiniz.
1. Nanə. Bu bitkinin tərkibində bağırsağın hamar əzələlərinin spazmlarını aradan qaldırmağa kömək edən mentol var. Nanə artıq qazı və şişkinliyi azaldır. Nanə çayı içmək də, onu bol miqdarda yeməklərə qatmaq da köməyinizə çata bilər.
2. Çobanyastığı. Çobanyastığı iltihab əleyhinə vasitədir, həmçinin, spazmalitik xüsusiyyətə malikdir. Mədə-bağırsaq traktında iltihabı aradan qaldırır, spazmları azaldır. Onun bu hünərləri həzmi yaxşılaşdırmağa və qaz yaranmasını azaltmağa kömək edir. Mütəmadi olaraq, çobanyastığı çayı için.
3. Şüyüd. Şüyüddə qazqovucu xüsusiyyətlərə malik olan efir yağları olduğundan qarında köpü aradan qaldırmağa kömək edir. Şüyüdü çay kimi dəmləyərək içə bilərsiniz. Yeməklərə qatmağı da vərdişə çevirin.
4. Zəncəfil. Zəncəfil iltihab əleyhinə xüsusiyyətlərə malikdir və həzmi yaxşılaşdırmağa kömək edir.
5. Keşniş. Bu göyərti tərkibindəki efir yağları sayəsində bağırsaqlarda spazmı və ağrıları aradan qaldırır.
Qarında köp bağırsaqların, eləcə də, digər daxili orqanların işində pozulmalar olduğunun göstəricisidir. Söhbət hansı pozulmalardan gedir? İndi sizə deyəcəyəm.
1. Meteorizmi təhrik edən ilk xəstəlik divertikulitdir. Bu xəstəlik qalın bağırsağın divarlarında yerləşən kiçik kisələrin - divertikulların iltihabı ilə xarakterizə olunur. Xəstəliyin əsas səbəblərindən biri rasionda lif çatışmazlığıdır. Divertikulun iltihabı və infeksiyası bağırsaqların daralmasına, yaxud tıxanmasına, qazların yığılmasına səbəb olur. Nəticədə, narahatlıq hissi, ağrı və köp yaranır. Həmçinin, divertikulitlə əlaqəli iltihab normal bağırsaq mikroflorasını zədələyir. Bu, qidanın mənimsənilməsi prosesini pozur. Divertikulitin tibbi müdaxilə və müalicə tələb etdiyini qeyd etmək vacibdir. Ona görə də, bu xəstəliyin varlığından şübhələnirsinizsə, diaqnoz və müvafiq müalicə üçün həkimə müraciət etməlisiniz.
2. Qarında köpün yaranmasının ikinci əsas səbəbi qlüten həssaslığı olaraq da bilinən çölyak xəstəliyidir. Qülten buğda, arpa və yulafda olan zülal komponentidir. Həssaslıq yaşayan insanlar qlüten istehlak etdikdə, nazik bağırsağın selikli qişası zədələnir. Meydana çıxan avtoimmun xəstəlik “çölyak xəstəliyi” adlanır. Bu xəstəlikdən əziyyət çəkən insanlarda qida maddələrinin nazik bağırsaq tərəfindən sorulmasında problemlər yaşanır. Nəticədə, həzm prosesi pozulur və artıq miqdarda qazlar ayrılır. Çölyak xəstəliyi zamanı bağırsaqlarda bəzi bakteriyalar o qədər çoxalır ki, dominant olur. Onlar qida komponentlərini, xüsusilə, həzm olunmayan şəkərləri və lifləri parçalayır. Nəticədə, qaz əmələ gəlir.

show more

Share/Embed